Latest posts

Distinctively exploit optimal alignments for intuitive bandwidth. Quickly coordinate e-business applications through revolutionary catalysts for change.
AMİNA-da Bakıda səfərdə olan Aşık Atu Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
28Mar
AMİNA-da Bakıda səfərdə olan Aşık Atu Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Martın 28-də Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, vitse-prezidenti Samir Abdullayev və baş katib Seymur Qurbanov Bakıda səfərdə olan “Sport Stars” jurnalının baş redaktoru, Aşık Atu Federasiyasının baş katibi Musaqali Taşkəliyev və “Sport Stars” respublika jurnalının icraçı direktoru Bolatbek Sagimbaev ilə görüş keçirmişdir. Görüşdə Asik Atu idman növünün Azərbaycanda inkişafı üçün böyük əhəmiyyət...
Mas-reslinq idman növü üzrə ölkə birinciliyi və çempionatı keçirildi
27Mar
Mas-reslinq idman növü üzrə ölkə birinciliyi və çempionatı keçirildi
27 mart 2024-cü il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə mas-reslinq idman növü üzrə ölkə  birinciliyi və çempionatı keçirilmişdir. İdman paytaxtı seçilən Quba şəhərinin Olimpiya İdman Kompleksində baş tutan yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından idmançılar medallar uğrunda mübarizə aparıblar. Yarışdın qalibləri...
Novruz bayramına həsr olunmuş milli idman növləri üzrə nümunəvi çıxışlar təşkil olunub
23Mar
Novruz bayramına həsr olunmuş milli idman növləri üzrə nümunəvi çıxışlar təşkil olunub
Martın 23-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş milli idman növləri üzrə nümunəvi çıxışlar təşkil olunub. “Dədə Qorqud” parkı ərazisində keçirilən tədbirdə idmançılar zorxana, pəhləvan güləşi, qazaq güləşi, kəmər güləşi, alpaqut, nərd, kəndirlə mübarizə, mas-reslinq, ənənəvi oxatma və digər idman növlərində müxtəlif nümunəvi çıxışlar...
“Qala” qoruğunda Novruz şənliyi keçirilib
19Mar
“Qala” qoruğunda Novruz şənliyi keçirilib
Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təqdimatında göstərilən milli güləş, zorxana, mas-reslinq, ənənəvi oxatma və alpaqut kimi etno idman növləri iştirakçıların böyük marağına səbəb olub. Novruz təntənəsi mədəniyyət və incəsənət ustalarının iştirakı ilə baş tutan bayram...
Mas-reslinq idman növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
16Mar
Mas-reslinq idman növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
27 mart 2024-cü il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə mas-reslinq idman növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından idmançıları medallar uğrunda mübarizə aparacaq. Yarışın əsas məqsədi müvafiq yaş qrupları...
5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür
5Mar
5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini səmimi qəlbdən təbrik edirik! Azərbaycan idmanı adına yeni-yeni qələbələr və uğurlar arzulayırıq.
2024-CÜ İLİN “İDMAN SƏFİRLƏRİ” SEÇİLİB
4Mar
2024-CÜ İLİN “İDMAN SƏFİRLƏRİ” SEÇİLİB
Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2024-cü il üçün “İdman səfirləri” seçilib. Əvvəlcə namizədlərin təqdimatı keçirilib. Hər bir namizəd özü haqda və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər: Azərbaycan Milli...
İdman həftəsi çərçivəsində silsilə tədbirlər davam edir
4Mar
İdman həftəsi çərçivəsində silsilə tədbirlər davam edir
“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlər davam edir. Martın 4-də dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 35 dövlət qurumundan 42 əməkdaş (12 qadın, 30 kişi) iştirak edib. Yekun nəticələrə görə qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi),...
Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Dünya Etnosport Konfederasiyası arasında memorandum imzalanıb
18Feb
Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Dünya Etnosport Konfederasiyası arasında memorandum imzalanıb
Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumu çərçivəsində Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Dünya Etnosport Konfederasiyası arasında memorandum imzalanıb. Qeyd edək ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyası bu il Dünya Etnosport Konfederasiyasına üzv seçilib.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir
18Feb
Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir
Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir. “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında baş tutan VI Dünya Etnosport Forumuna Azərbaycan Milli İdman Növləri Assosiasiyayasının prezident Kazım Qurbanov da dəvət almışdır. Forum çərçivəsində Azərbaycan Milli İdman Növləri Assosiasiyayası və Dünya Etnosport Konfederasiyası...
Gənclər və idman naziri Fərid Qayıbov  ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb
5Feb
Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb
Fevralın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb. Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov ölkəmizi...
Qazaq güləşi idman növü üzrə  3-cü Avropa çempionatı davam edir
29Jan
Qazaq güləşi idman növü üzrə 3-cü Avropa çempionatı davam edir
Yanvarın 28-də ölkəmizdə Qazaq güləşi idman növü üzrə keçirilən 3-cü Avropa çempionatına start verilib. Yarışın ikinci günündə Azərbaycan yığma komandası kişilər və qadınlar arasında qaliblər müəyyənləşdirilib. İdmançılarımız yarışın ikinci günündə 8 medal əldə etmişdirlər. Adilzadə Adil 82- kq 1-ci yer. Hüseynov Ceyhun 90- kq 1-ci yer. Nəsibli Eyvaz 100- kq 3-cü yer. Məmmədzadə Məhəmməd +100...
Qazax güləşi idman növü üzrə keçirilən 3-cü Avropa çempionatına start verilib
28Jan
Qazax güləşi idman növü üzrə keçirilən 3-cü Avropa çempionatına start verilib
Yanvarın 27-də ölkəmizdə Qazax güləşi idman növü üzrə keçirilən 3-cü Avropa çempionatına start verilib. Açılış mərasimində Dünya Güləş Birliyinin Assosiasiyalaşdırılmış Növlərinin Komitəsinin prezidenti xanım Maria Rodikaya, Qazax Güləşi Assosiasiyasının baş direktoru Dəmir Bekbosınova, Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Azərbaycam Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov yarışın mahiyyəti haqqında məlumat...
Qazaq güləşi idman növü üzrə Avropa çempionatı keçiriləcək
23Jan
Qazaq güləşi idman növü üzrə Avropa çempionatı keçiriləcək
        Dünya Güləş Birliyinin, Beynəlxalq Qazaq güləşi Federasiyasının qərarı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə 27-28 yanvarda Qazaq güləşi idman növü üzrə Avropa çempionatı keçiriləcək.       Rəsmi olaraq Qazaq güləşi üzrə III Avropa çempionatı Sərhədçi İdman Mərkəzində baş tutacaq. Üç gün...
Milli güləş və kəmər güləşi üzrə ölkə çempionatı keçirilmişdir
25Dec
Milli güləş və kəmər güləşi üzrə ölkə çempionatı keçirilmişdir
     22-23 dekabrda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında milli güləş və kəmər güləşi üzrə ölkə çempionatı keçirilmişdir. Yarışın açılışında dövlət himni səsləndirildikdən sonra  Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov yarışın mahiyyəti...
Kəmər güləşi üzrə yoldaşlıq görüşü keçirilmişdir
19Dec
Kəmər güləşi üzrə yoldaşlıq görüşü keçirilmişdir
    10.12.2023-cü il tarixində ADBTİA-in güləş zalında “Həmişə sağlam olaq” devizi altında “Azərbaycan” və “Ukrayna” komandaları arasında Kəmər güləşi üzrə yoldaşlıq görüşü keçirilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşündə 9 çəki dərəcəsi üzrə 40 idmançı mübarizə...
Bakı İstanbul liseyində yerləşən Alpaqut Türk Oxçuluğu dərnəyində görüş
18Dec
Bakı İstanbul liseyində yerləşən Alpaqut Türk Oxçuluğu dərnəyində görüş
      Azərbaycan Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Ənənəvi Milli Oxatma Federasiyasının nümayəndəsi Bakı İstanbul liseyində yerləşən Alpaqut Türk Oxçuluğu dərnəyini ziyarət etdi.     Qonaqları Bakı İstanbul liseyinin Direktoru Tural Abasquliyev və Alpaqut Mərkəzinin baş...
AMİNA-nın baş katibi Moskva şəhərində nərd üzrə beynəlxalq turnirdə qonaq qismində iştirak etmişdir
18Dec
AMİNA-nın baş katibi Moskva şəhərində nərd üzrə beynəlxalq turnirdə qonaq qismində iştirak etmişdir
Azərbaycan Milli İdman Növləri Assosiasiyayasının baş katibi Seymur Qurbanov Rusiya Nərd Federasiyasının dəvəti ilə Moskva şəhərində nərd üzrə beynəlxalq turnirdə qonaq qismində iştirak etmişdir. Tədbirdə AMİNA və Rusiya Nərd Federasiyası arasında əlaqələrin möhkəmləndirilməsi üçün memorandum imzalanmış və növbəti Beynəlxalq turnirin Bakı şəhərində keçirilməsi planlaşdırılmışdır.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.