HomeCategory

Blog

March 28, 2024
AMİNA-da Bakıda səfərdə olan Aşık Atu Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Martın 28-də Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, vitse-prezidenti Samir Abdullayev və baş katib Seymur Qurbanov Bakıda səfərdə olan “Sport Stars” jurnalının baş redaktoru, Aşık Atu Federasiyasının baş katibi Musaqali Taşkəliyev və “Sport Stars” respublika jurnalının icraçı direktoru Bolatbek Sagimbaev ilə görüş keçirmişdir. Görüşdə Asik Atu idman növünün Azərbaycanda inkişafı üçün böyük əhəmiyyət...

March 27, 2024
Mas-reslinq idman növü üzrə ölkə birinciliyi və çempionatı keçirildi

27 mart 2024-cü il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə mas-reslinq idman növü üzrə ölkə  birinciliyi və çempionatı keçirilmişdir. İdman paytaxtı seçilən Quba şəhərinin Olimpiya İdman Kompleksində baş tutan yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından idmançılar medallar uğrunda mübarizə aparıblar. Yarışdın qalibləri...

March 23, 2024
Novruz bayramına həsr olunmuş milli idman növləri üzrə nümunəvi çıxışlar təşkil olunub

Martın 23-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş milli idman növləri üzrə nümunəvi çıxışlar təşkil olunub. “Dədə Qorqud” parkı ərazisində keçirilən tədbirdə idmançılar zorxana, pəhləvan güləşi, qazaq güləşi, kəmər güləşi, alpaqut, nərd, kəndirlə mübarizə, mas-reslinq, ənənəvi oxatma və digər idman növlərində müxtəlif nümunəvi çıxışlar...

March 19, 2024
“Qala” qoruğunda Novruz şənliyi keçirilib

Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təqdimatında göstərilən milli güləş, zorxana, mas-reslinq, ənənəvi oxatma və alpaqut kimi etno idman növləri iştirakçıların böyük marağına səbəb olub. Novruz təntənəsi mədəniyyət və incəsənət ustalarının iştirakı ilə baş tutan bayram...

March 16, 2024
Mas-reslinq idman növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək

27 mart 2024-cü il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə mas-reslinq idman növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından idmançıları medallar uğrunda mübarizə aparacaq. Yarışın əsas məqsədi müvafiq yaş qrupları...

March 4, 2024
2024-CÜ İLİN “İDMAN SƏFİRLƏRİ” SEÇİLİB

Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2024-cü il üçün “İdman səfirləri” seçilib. Əvvəlcə namizədlərin təqdimatı keçirilib. Hər bir namizəd özü haqda və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər: Azərbaycan Milli...

March 4, 2024
İdman həftəsi çərçivəsində silsilə tədbirlər davam edir

“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlər davam edir. Martın 4-də dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 35 dövlət qurumundan 42 əməkdaş (12 qadın, 30 kişi) iştirak edib. Yekun nəticələrə görə qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi),...

February 18, 2024
Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir. “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında baş tutan VI Dünya Etnosport Forumuna Azərbaycan Milli İdman Növləri Assosiasiyayasının prezident Kazım Qurbanov da dəvət almışdır. Forum çərçivəsində Azərbaycan Milli İdman Növləri Assosiasiyayası və Dünya Etnosport Konfederasiyası...

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.