2-6 noyabr 2022-ci il tarixində Tatarıstan Respublikasının Kazan şəhərində kəmər güləşi idman növü üzrə yeniyetmələr arasında Dünya birinciliyi və böyüklər arasında Dünya kuboku keçirilmişdir.
Azərbaycanı bu yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kəmər güləşi idman növü üzrə qadınlardan ibarət yığma komandası təmsil edib. Yeniyetmələrin birinciliyində Əliyeva Aytən 🥉57 kq çəki dərəcəsində III yerə, Dünya kubokunda isə Hacıyeva Gülcahan 🥉 58 kq çəki dərəcəsində III yerə layiq görülüblər.