Gənclər və idman naziri Fərid Qayıbov IV Dünya Köçəri Oyunlarının yarış və mədəniyyət sərgiləri ərazisinə baş çəkib
Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 30-da Türkiyənin Bursa vilayətində IV Dünya Köçəri Oyunlarının yarış və mədəniyyət sərgiləri ərazisinə baş çəkib. Burada ölkəmizi təmsil edən idmançılarla görüşərək söhbət edən nazir onlar üçün yaradılmış şəraitlə də tanış olub.