
At üstü milli oyunlar
At üstü milli oyunlar Assosiasiyanın tərkibinə daxil olan idman növlərindən biridir. Bu oyunlar Novruz bayramında və başqa el şənliklərində keçirilib, atlıdan cəldlik, sərrastlıq və at sürmək bacarığı tələb edir.
Qaydaları
- Cıdır. At yarışıdır. Məsafəni birinci qət edən atlı qalib sayılır, ona xonça verilir, atının boynuna qırmızı kəlağayı bağlanır.
- Sürpapaq. Oyunçular top-papaq uğrunda mübarizə aparır və onu qapı dairəsindən keçirməyə çalışırlar. Hər iştirakçı atdan cəmi üç dəfə düşə bilər.
- Piyalə və ox. Atlı çapa-çapa xüsusi dirəkdəki piyaləni oxla vurmalıdır.
- Papaq. İştirakçı müəyyən vaxt ərzində öz papağını başında saxlamalı və rəqib komandadan iki papaq götürməlidir.
- Güc sınağı. Atlı çapa-çapa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürüb yəhərə qaldırmalıdır.
Bu qaydalar ənənəvi oyunların təsviridir. Yarış qaydalarını Assosiasiya təqdim edəndə burada dərc olunacaq.
