Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunlarında iştirakını başa vurmuş Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan idman nümayəndə heyəti oktyabrın 3-də Vətənə qayıdıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları iştirak ediblər.
Təmsilçilərimiz mötəbər yarışda milli idmanın 12 növündə alış güləşi (2 növdə), kəmər güləşi, mas-restlinq, koreş, aşırtmalı aba güləşi, kapışmalı aba güləşi, pəhləvan güləşi, milli oxatma, yağlı güləş, kuraş, Qazax güləşində təmsil olunublar.
Azərbaycan idmançıları IV Dünya Köçəri Oyunlarını 21 medalla başa vurublar. Belə ki, bunlardan 5-i qızıl, 8-i gümüş, 8-i isə bürünc medaldır.
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov İdmançılara göstərilən diqqət və dəstəyə görə Gənclər və İdman Naziri cənab Fərid Qayıbova öz təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, Dünya Köçəri Oyunları 2014-cü ildən keçirilir

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.