İdmançılarımızın Zorxana və pəhləvan güləşi idman növündə nailiyyətləri
22-29 iyul 2018-cı il tarixlərində Belarusiyanın Minsk şəhərində
Zorxana və pəhlivan güləşi idman növü üzrə V Avropa çempionatı keçirilmişdir. Avropa çempionatında pəhləvan güləşi üzrə Səfərov Rəsul (60 kq) II-yerə, Salamov Məmmədi (70 kq) II-yerə, Güləliyev Rüfət (80 kq) III-yerə, Cavadov Vüsal (+90) III-yerə, Çərxi-tiz və Çərxi-cəməni fərdi hərəkətlərində Xanlarov Orxan I-yerə, Milsəngin fərdi hərəkətində Cavadov Vüsal I-yerə, Mil bazi fərdi hərəkətində Orucov Xəyyam I- yerə, Kəbbadə fərdi hərəkətində Salamov Məmmədi I-yerə, Səng fərdi hərəkətində Güləliyev Rüfət I -yerə layiq görülmüşlər.
Bu yarışda Azərbaycan yığma komandanın baş məşqçisi Ağayusif Qurbanov və komandanın böyük məşqçisi Xəyyam Orucov olmuşdur. Yiğmamiz komanda hesabında I yeri tutmuşdur.
Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Zorxana İdman Federasiyasının prezidenti professor Xanlar Qurbanov etmişdir.