İdmançılarımızın Zorxana və pəhləvan güləşi idman növündə nailiyyətləri

18-22 yanvar 2020-ci il tarixlərində İran İslam Respublikasının Bojnord şəhərində
Zorxana və pəhləvan güləşi idman növü üzrə III Dünya çempionatı keçirilmişdir. Dünya çempionatında pəhləvan güləşi üzrə Salamov Məmmədi (70 kq) I-yerə, Güləliyev Rüfət (80 kq) I-yerə, Cavadov Vüsal (+90) I-yerə, Çərxi-tiz və Çərxi-cəməni fərdi hərəkətlərində Xanlarov Orxan III-yerə, Milsəngin və Mil bazi fərdi hərəkətlərində Orucov Xəyyam II- yerə, Kəbbadə fərdi hərəkətində Salamov Məmmədi III-yerə, Səng fərdi hərəkətində Güləliyev Rüfət III -yerə layiq görülmüşlər.

Xatırladaq ki, Bu yarışda Azərbaycan nümayəndə heyətinin rəhbəri AZİF- nın prezidenti Xanlar Qurbanov,
yığma komandanın baş məşqçisi Ağayusif Qurbanov və komandanın böyük məşqçisi Xəyyam Orucov olmuşdur. Yiğmamiz komanda hesabında II yeri tutmuşdur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.