İdmançılarımızın Zorxana və pəhlivan güləşi idman növündə nailiyyətləri

06-12 oktyabr 2016-cı il tarixlərində İndoneziyanın Cakarta şəhərində
Zorxana və pəhlivan güləşi idman növü üzrə II Dünya çempionatı keçirilmişdir. Dünya çempionatında pəhləvan güləşi üzrə Səfərov Rəsul (60 kq) I-yerə, Salamov Məmmədi (70 kq) I- yerə, Bayramov Həsənalı (80 kq) II-yerə, Yusifov İbrahim (90 kq) III-yerə, Qurbanov Turxan (+90) I-yerə, Çərxi-tiz və Çərxi-cəməni fərdi hərəkətlərində Xanlarov Orxan III-yerə, Milsəngin və Mil bazi fərdi hərəkətlərində Orucov Xəyyam II- yerə, Kəbbadə fərdi hərəkətində Salamov Məmmədi III-yerə, Səng fərdi hərəkətində III -yerə Bayramov Həsənalı layiq görülmüşlər.

Bu yarışda Azərbaycan nümayəndə heyətinin rəhbəri və komandanın baş məşqçisi Zorxana İdman Federasiyasının prezidenti professor Xanlar Qurbanov olmuşdur. Yiğmamiz komanda hesabında I yeri tutmuşdur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.