IV Dünya Köçəri Oyunlarının mas-reslinq yarışlarında idmançılarımız medallar qazanmışdır
Türkiyənin Bursa vilayətində keçirilən IV Dünya Köçəri Oyunlarının mas-reslinq yarışlarında Azərbaycan idmançılarından Sultan Ağayev (80 kq), Cahangir Yaqubov (110 kq) gümüş , Arif Şahlarov (70 kq) və Günel Vəliyeva (75 kq) isə bürünc medal qazanıblar.