Beynəlxalq Kəmər Federasiyasının (IBWA) qərarı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 1-4 oktyabrda Kəmər güləşi idman növü üzrə Avropa çempionatı keçiriləcək.

Rəsmi olaraq Kəmər güləşi üzrə III Avropa çempionatı Milli Gimnastika Arenasında baş tutacaq. Üç gün davam edəcək turnirdə 20 ölkədən 150 güləşçi medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın kəmər güləşi üzrə milli yığma komandası yarışda (8 klassik, 8 sərbəst, 5 qadın sərbəst ) çəki dərəcəsində 32 kişi və 10 qadın idmançı ilə təmsil olunacaq.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.