KƏNDİRLƏ MÜBARİZƏ

Kəndirlə mübarizə idman növünün mənşəyi qeyri-müəyyəndir, lakin bu idman növü Kamboca , Qədim Misir,  Hindistan, Yunanıstan  və Çində tətbiq olunurdu . Tan sülaləsinin “Fenq qeydləri” kitabına görə , bu idman növü ( 8-5-ci əsrlərdə) Çu əyalətinin hərbi komandiri tərəfindən döyüşçülər yetişdirmək üçün  istifadə edilmişdir. Tan sülaləsi dövründə Tan imperatoru Xuanzonq 167 metr (548 fut) uzunluğa qədər olan iplərdən və ipin hər bir tərəfində 500-dən çox adamdan istifadə edərək geniş miqyaslı dartmaq oyunlarını təbliğ edirdi. İştirakçıları həvəsləndirmək üçün hər tərəfin öz nağaraçılar komandası da var idi.  Qədim Yunanıstanda kəndir dartma oyunları güc üçün istifadə edilən ən populyar oyunlar arasında idi. Arxeoloji sübutlar 12-ci əsirdə bu idman növünün Hindistanda məhşur olduğunu göstərir. 1500-1600-ci illərdə Fransa və Böyük Britaniyada kəndirlə mübarizə turnirləri populyar olmağa başladı. Bu idman növü 1900-cü ildən 1920-ci ilə qədər Olimpiya Oyunlarının bir hissəsi idi. Hal-hazırda Dünya Oyunlarının proqramına daxildir. 2015-ci ildə (10.COM) Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

10-11 dekabr 2022-ci tarixdə Bakı İdman Sarayında Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında Azərbaycan Birinciliyi və böyüklər arasında Azərbaycan Çempionatı keçirilmişdir.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.