2-09 sentyabr 2021-ci il tarixlərində Rusiya Federasiyası Tatarstan Respublikasının Kazan şəhərində I MDB oyunları keçiriləcəkdir. Bu oyunlara Kəmər güləşi idman növü də daxil edilmişdir. Bununla bağlı olaraq yarışdan qabaq, Kəmər güləşi üzrə yığma komandamız Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanovun rəhbərliyi altında Göygöl Olimpiya İdman kompleksində təlim-məşq toplanışındadırlar. Oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Abdullayev Samir Süleyman oğlu, qızlardan ibarət yığma komandanın baş məşqçisi isə Ocaqverdiyev Fərhad Müslüm oğludur.
Azərbaycan Milli İdman Növləri Assosasiyasının prezidenti Kazım Qurbanov idmançılar üçün yaradılan yüksək şəraitə görə Gənclər və İdman Nazirliyinə və Göygöl Olimpiya İdman kompleksinin rəhbərliyinə öz dərin təşəkkürünü və minnətdarlığını bildirir.