21-29 iyun 2021-ci il tarixində Rusiya Federasiyası Tatarstan Respublikasının Kazan şəhərində Kəmər güləşi üzrə dünya çempionatı keçiriləcəkdir.

Bununla bağlı olaraq yarışdan qabaq, Azərbaycan Milli İdman Növləri Assosasiyasının prezidenti Kazım Qurbanov və yığma komandanın tərkibində olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim-tələbə heyəti ADBTİA –nın Tədris və Elmi İşlər üzrə prorektoru Təhminə Tağızadə ilə görüş keçiriblər. Görüş ərəfəsində AMİNA –nın prezidenti Kazım Qurbanov Akademiyanın rektoru Fuad Haciyevə və prorektor Təhminə xanıma Akademiyada idmançılar üçün yaradılan yüksək şəraitə görə öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Təhminə xanim da öz növbəsində idmançılarımıza bu yarışda uğurlu iştirak etməsi üçün müvəfəqqiyyələr arzuladı.
Sonda ADBTİA –nın Tədris və Elmi İşlər üzrə prorektoru Təhminə Tağızadə və idmançılar Azərbaycan Milli İdman Növləri Assosasiyasının təsisçisi və ilk prezidenti Xanlar Qurbanovun xatirə lövhəsi qarşısında şəkil çəkdirdilər.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.