Mas-reslinq idman növü üzrə ölkə birinciliyi və çempionatı keçirilib

29 may 2023- cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Milli İdman Növləri Assosiasiyasının təşkilatçılığı ilə yeniyetmə, gənclər və böyüklər arasında Mas-reslinq idman növü üzrə Ölkə birinciliyi və çempionatı keçirilib.
Yarışın açılışında dövlət himni səsləndirildikdən sonra
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov yarışın mahiyyəti haqqında məlumat veriblər və yarış iştirakçılarına uğurlar arzulayıblar. Yarışın qalib idmançılarına diplom və medallar təqdim edilib.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.