MAS-RESLİNQ

Mas –reslinq Türkdilli olan  Yakut xalqının ənənəvi milli idman növüdür. Yakut dilində “Mas”- çubuq, ağac, “Reslinq” isə ingiliscədən güləş deməkdir.

Mas-reslinq yarışının iştirakçıları üzbəüz oturaraq ayaqlarını yarış taxtasına dirəyərək əllərində olan çubuğu dartaraq ya rəqibin əlindən almalıdır ya da rəqibi müvazinətdən çıxardaraq öz tərəfinə keçitrməlidir. Görüş iki qələbəyə qədər davam edir.

2011 ci ildən başlayaraq Azərbaycan idmançıları mas-reslinq üzrə ən mötəbər yarışlarda iştirak edərək dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıblar. Onların arasında ən yaxşı nəticə göstərənlər : Ağayev Sultan, Şahlarov Arif, Məmmədova Şəfəq, Feyziyev Camal, Yaqubov Cahangir, Vəliyeva Günel, Orucov Xəyyam və başqaları hal-hazırda burada iştirak edirlər.

2015-ci ildən başlayaraq bu idman növü üzrə respublikamızda ölkə çempionatları keçirilir. 2018-ci ildə Avropa  və 2019 cu ildə dünya kuboku Azərbaycanda keçirilmişdir.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.