MİLLİ GÜLƏŞ

Milli güləş xalqın ümumi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır. O idman güləşinin ən qədim növüdür.

Milli güləş xalqımızın özünə mənsubluğunun, qan yaddaşının, öz torpağına bağlılığının bariz nümunəsidir. O gənclərdə cəsarət, igidlik, iradə, dözümlülük, Vətəni müdafiəyə hazır olmaq kimi keyfiyyətlər aşılamaqda əvəzolunmaq bir vasitədir.

Azərbaycan  milli güləşi özünün spesifik xüsusiyyətlərinə görə digər  xalqların milli güləşlərindən daha çox sülhsevər xarakterə malikdir. Belə ki, Azərbaycan milli güləşində zorakılıq, qəddarlıq, qeyri-insani təsir elementlərinin heç biri öz əksini tapmamışdı.

Azərbaycan milli güləşinin texniki və taktiki quruluşu da başqa xalqların milli güləşindən fərqlidir. Xalq arasında bu güləşə əsasən “qurşaqdan tutma” deyilir. Çünki bu güləşin əsas məqsədi qurşaqdan tutmaqla fənd tətbiq etməkdir.

Azərbaycan milli güləşi öz geyim forması ilə də fərqlənir. Bu geyim forfmasına riayət etməyən iştirakçı güləşə buraxılmır.

Bu güləşin bir əlamətdar cəhətini qeyd edək ki, başqa güləş növlərindən fərqli olaraq, burada mübarizə cəngi musiqisi ilə keçirilir.

B idman növü üzrə respublikamızda ölkə çempionatları keçirilir.

Azərbaycan milli güləşi üzrə güləşçilər 2016-ci ildən Dünya Köçəri oyunlarında  iştirak  edir və yüksək nəticələr əldə edirlər.

Azərbaycanın bir çox tanınmış güləşçiləri vaxtilə milli güləşlə məşgul olublar.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.