Milli idman

Çövkən

Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azəbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhurlaşmışdır. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.

Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində inglislərin rolu böyük olub. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır.

Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir.

Çövkən — Vikipediya

Milli güləş

Azərbaycan- Avropa və Asiyanın keçid dəhlizində yerləşən bir məmləkətdir. Böyük bir tarixi keçmişə malikdir. Dünya xəritəsinə nəzər salmaq, Azərbaycan başqa məmləkətlərlə ərazi baxımından müqayisədə  dəryanın bir damcısını təşkil edər. Lakin, Ulu Tanrımız Azərbaycan torpağından heç nəyini əsirgəməmişdir. Həyat və yaşayış üçün labüd olan 11 iqlim qurşağından  9-nu Azərbaycan torpağına bəxş etmişdir.

Azərbaycan xalqı bu mənada çox xoşbəxt xalqdır. Onun yeraltı və yerüstü sərvətləri dünyanın hər bir məmləkəti ilə birmənalı şəkildə müqayisə olunmazdır. Bütün bunlarla yanaşı Azərbaycan torpağı və onun xalqı əsrlər boyu çox böyük bəlalara düçar olmuşdur. Azərbaycanın geonomitik mövqeyi böyük dövlətlərin nəzəri diqqətindən heç vaxt qaçmamışdır. Qəsbkarlıq və işğalçılıq ruhunda tərbiyə olunmuş yadellilər müntəzəm olaraq, bu cənnət diyarın varlığını ələ keçirməyə çalışmış, müvəqqəti olsa da buna nail ola bilmişlər. Monqollar, farslar, ərəblər, yunanlar, rumlar, ingilislər, ruslar və başqa ölkələrdən qovulmuş, həmişə güclü dövlətlərin əl ağacı olan ermənilər tərəfindən Azərbaycan  torpaqlarının sərvətləri, milli-mədəni dəyərləri talan olunmuş, oğurlanmış, xalqın qan yaddaşının məhv olunmasına ciddi cəhdlər həyata keçirilmişdir.

Lakin, bütün bunlara baxmayaraq, xalq özünün milli kaloritini, dilçiliyini, dövlətçiliyini böyük qurfbanlar bahasına qooruyub saxlaya bilmişdir.

Təbii ki, hər bir xalq öz torpağını adi sözlə qorumamış, onun uğrunda hər bir cəhətdən  istər sülh və istərsə də müharibə yolu ilə mübarizə aparmalı olmuşdur. Hələ ibtidai icma quruluşundan belə güclü ilə gücsüz arasında qeyri bərabərlik hökm sürmüşdür. 70 il ərzində markizm-leninzm nəzəriyyəsi kütlələrin beynini özlərinin məqsədlərinə uyğun səhv fikirlərlə doldurmuşdur. Guya ibtidai dövrdə insanlar öz  ovlarını dədə malı kimi bərabər bölürmüşlər. Lakin bir amerika yazıçısının əsəri əsasında çəkilmiş “Milyon il bizim eraya qədər” kino- filmində bu nəzəriyyənin qeyri obyektivliyi bütün dünya tamaşaçılarına çatdırıldı. Bu filmdə qol gücünün əhəmiyətini, qüvvətli insanın ovun ən yaxşı hissəsini zorla gücsüzün əlindən alıb yeməsi, qəbiləyə başçılıq etməsi  göstərilir. Filmdə idman elementləri,  təkmübarizliyin nümunələri çox gözəl təsvir olunmuşdur.

İdman əsrlər boyu insanların həyati mübarizəsində yeganə meyar olmuşdur. Təbii ki, müasir dövrün müharibələrindən fərqli olaraq, uzaq və orta əsrlərdə müharibələr yaxın məsafələrdən aparılmışdır.

Müharibə özünəməxsus tərifə malikdir. Müharibə- bir dövlətin ( və ya sinfin) başqa bir dövlət üzərində öz siyasətini zorla silah gücünə həyata keçirməsi deməkdir. Yaxın məsafədən müharibələrdə qol gücü hesabına əlbəyaxa döyüş özü də silah növüdür. Nizədən, qılınc- qalxandan, əmuddan, ox atmadan istifadə ilə döyüş zamanı bir-birinə qalib gələ bilməyən iki rəqib, son nəticədə yalın əllə əlbəyaxa mübarizəsinə keçməyə məcbur olur. Son  nəticədə qol gücünə, güləş texnikasına, fəndgirliyə, çevikliyə, dözümlüyə, inam və cəsarətə malik cəngavər qalib gəlir. Elə müasir müharibələr zamanı da səngərlərdə əlbəyaxa döyüş formasından istifadə olunur.

Göründüyü kimi, güləş idmanın növləri sırasında əsas yerdə durur. Ona görə də elmi ədəbiyyatlarda onu “idman güləşi” adlandırırlar.

İdman güləşinin də doğum mənbəyi, yəni meydana gəlməsinin əsas səbəbləri mövcuddur. Ən əsas səbəb- hər bir xalqın öz müqəddaratını özünün həll etməsi, öz məkanına, təbii sərvətlərinə, elm, mədəniyyət və incəsənətinə özünün hakim olması və bundan şirinliklə bəhrələnməsidir. Bu arzu isə öz-özünə həyata keçmir. Bunun üçün hər bir xalq öz məmləkətini yadelli işğalçılardan qorumalı, öz müstəqilliyinə, suverenliyinə nail olmalıdır. Bu  müdafiədə idman güləşinin rolu əvəzsizdir. Təkmübarizlikdə fiziki cəhətdən qüvvətli, sağlam, çevik və həm də düşüncəli, dözümlü insanların yetişdirilməsi zəruri sayılır ki, bunlar da fiziki tərbiyə komponentləridir.

İdman güləşi də fiziki tərbiyənin əsas növlərindən biridir. Bütün xalqların tartixi keçmişi bir daha sübut edir ki, idman güləşi ilk növbəədə hər bir xalqın milli güləş,  xalq güləş  bazisində meydana çıxmış,  getdikcə rəsmi xarakter almış, dövlət nəzarətinə keçmişdir. Bütün xalqlar özünün milli güləşinə malik olmuş və bu güləşlərin hər birində digərindən fərqli güləş fəndlərinə rast gəlinir. Bunlardan bəzilərinin adları ilə tanış olaq.

Məsələn : gürcülərin “Çidaoba”,  (azərbaycanlıların iki güləş növü)  “Güləş” və “Zorxana və pəhlivan güləşi”, türkmənlərin “Qoreş”, özbəklərin “Kuraş”, qazaxların “Kures”, yakutların “Xapsakay”, tuvinlərin “Kureş”, monqolların “Barilda”, qırğızların “Kureş”, kazaxların “Kures”, yaponların “Cüdo”, “Sumo” və s. Türklərin “Yağlı güləş” kimi  milli güləş adları mövcuddur.

Milli güləş özü xalqın ümumi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır. Onun yayılması və inkişafı ictimai həyatın, ilk növbədə ictimai istehsalın tələbi ilə bağlıdır. O idman güləşinin ən qədim növüdür.

Milli güləş hər bir xalqın özünə mənsubluğunun, qan yaddaşının, öz torpağına bağlılığının bariz nümunəsidir. O gənclərdə cəsarət, igidlik, iradə, dözümlülük, əməkdən zövq almaq, Vətəni müdafiəyə hazır olmaq kimi keyfiyyətlər aşılamaqda əvəzolunmaq bir vasitədir.

Azərbaycan  milli güləşi özünün spesifik xüsusiyyətlərinə görə digər  xalqların milli güləşlərindən daha çox sülhsevər xarakterə malikdir. Belə ki, Azərbaycan milli güləşində zorakılıq, qəddarlıq, qeyri-insani təsir elementlərinin heç biri öz əksini tapmamışdır.

Dikgər fərqli cəhəti ondan ibartətdir ki, bu güləş musiqi sədaları altında həyata keçirilir. Əsrarəng “Çəngi” havasının qara zurnanın ifasında güləşçiyə verdiyi ikinci qida, onu daha da qüvvətli edir. Güləşçinin vətənpərvərliyini daha da artırır. Qar zurnanın səsi və tamaşaçı alqışları güləşçiyə ikiqat ruh verir, onu qalibiyyətli mübarizəyə səsləyir.

Azərbaycan milli güləşinin texniki və taktiki quruluşu da başqa xalqların milli güləşindən fərqlidir. Xalq arasında bu güləşə əsasən “qurşaqdan tutma” deyilir. Çünki bu güləşin əsas məqsədi qurşaqdan tutmaqla fənd tətbiq etməkdir. Bu zaman  fəndin icrafsında qıçlardan və şalvardan tutmağa da icazə verilir ki, bu da fərqli cəhətlərdən biridir.  Bu növ qarşıdurmada əsas yeri qüvvə (güc) deyil, cəldlik və fəndgirlik tutur kim, buna da sadə dildə güləşmə texnikası deyilir.

Azərbaycan milli güləşi öz geyim forması ilə də fərqlənir. Bu geyim forfmasına riayət etməyən iştirakçı güləşə buravxılmır. Geyimə verilən tələblərlə tanış olaq:

  1. Kətandan və ya sıx toxunmuş qalın parfçadan  xüsusi biçimdə tikilmiş şalvar, (şalvarın aşağı hissəsində başqa rəngli parçadan haşiyəsi olur ki, bu da buta adlanır).
  2. Möhkəm parçadan toxunmuş və şalvarın rəngindən fərqlənən bel kəməri və ya qurşaq.
  3. v) Altı yumşaq dəridən və ya rezindən olan xüsusi pəhlivan ayaqqabısı.

Azərbaycan milli güləşinin açılış mərasimi və onun keçirilməsi qaydaları ilə də tanış olaq:

Qeyd etmək lazımdır ki, milli güləşimizin başlanğıc hissəsi daha səciyyəvidir ki, bu da güləşə daha təntənəli bir şəkil verir:

Pəhlivanlar görüşə başlamazdan əvvəl güləş xalçasının diqanalı üzrə künclərdə üzbəüz dayanır fə hakimin fitini gözləyirlər. Əsas hakimin işarəsindən sonra  60 san ərzində ritual hərəkətlərə başlayırlar. Qara zurna işə düşür. “Cəngi” havası çalınır. Pəhlivanlar aşağıdakı qaydalara riayət etməklə mütləq hərəkətlərə başlayırlar:

  1. Pəhlivanlar musiqinin təsiri altında bir-birini salamlayırlar;
  2. Bundan sonra musiqinin sədaları altında açılışma-meydangəzmə başlanır. Yəni pəhləvanlar bir əlini qabaqdan yuxarı və geri, o biri əlini aşağıdan və geriyə ata-ata, musiqinin ahənginə uyğun oynaq addımlarla xalçanın üzərində bu küncdən o küncə ləngər vura-vura gəzirlər.
  3. v) Daha sonra pəhlivanlar öz əllərini yerə qoyaraq xalça üzərində uzanırlar və növbə ilə (2-3 dəfə) qollarını dirsəkdən büküb açırlar (xalq arasında buna qulunc sındırma və ya sino hərəkətləri deyirlər).
  4. q) bütün bu rəsmiyyətlər icra edilib qurtardıqdan sonra, əsas hakimin işarəsilə pəhlivanlar xalçanın ortasına gəlir, əl verib görüşürlər, bir-birilərini sağ və sol eyni adlı çiyinlərlə toxunurlar və sonda isə sinələrilə itəliyib görüşə başlayanlar. (buna da zor göstərmə deyirlir).
  5. d) Nəhayət, əsas hissə – pəhlivanların bir-birinə girişməsi- güləş başlanır.

Bu güləşin bir əlamətdar cəhətini qeyd edək ki, başqa güləş növlərindən fərqli olaraq, bu mərasimdə bir toy-büsat əhval-ruhiyyəsi hökm sürür, pəhlivanlar güləşir, cəngi çalınır, sanki güləşdə bütün tgamaşaçılar iştirak edir. Kimisi tamaşa zamanı musiqinin sədaları altında zümzümə edir, kimisi musiqinin ahənginə uyğun çırtma və ya əl çalır, kimisi də ağzıyla cəngi havasını təqlid etməklə pəhlivanları alqışlayır. Bu abu-hava şübhəsiz ki, hər bir pəhlivanda məslək, mənəviyyat, qələbə əzmi kimi duyğularını riqqətə gətirir. Yarışdan sonra isə uduzanla udan pəhlivanlar birlikdə rəqs edirlər ki, bu da sülhsevərlik, dostluq, yoldaşlıq münasibətlərinin qorunub saxlanmasında əsas şərtlərdən biridir.

İndi isə  Azərbaycan milli güləşinin yaranma tarixiknə bir nəzər yetirək.

Azərbaycan milli güləşinin yarfanma tarixini əks etdirən materiallar, yəni şahidlik verəcək nümunələrin çoxu yadelli işğalçılar tərəfindən məhv edilmiş, oğurlanmış və ya yararsız hala gətirilmişdir. Bütün bunlara baxmayaraq, xalq özü qan yaddaşında ədəbiyyatında, incəsənətində və tarixi memarlıq abidələrində qismən də olsa milli güləş nümunələrimizi qoruyub saxlaya bilmişdir.

Azərbaycan milli güləşinin meydana gəlməsi və inkişaf tarixini aşağıdakı şəkildə dörd mərhələyə – dövrə ayırmaq düzgün olarfdı:

  • Ən qədim zamanlardan XIX əsrin ortalarına qədər olan dövr;
  • 1750-1920-ci illəri əhatə edən ikinci dövr;
  • 1920-1990-cı illəri əhatə edən üçüncü dövr;
  • 1991-ci il Müstəqil Azərbaycan Respublikasının yarandığı gündən sonrakı dövr.

Məlum olduğu kimi hələ keçmiş zamanlarda Azərbaycanda şənlik və mərasimlərdə, güc, sağlamlıq nümayişi kimi güləşdən də istifadə etmişlər. Lakin tarixin dərsləri təsdiq edir ki, bu güləş əsasən özünü müdafiə xarakteri daşıyırmış. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi  Azərbaycan torpağına arasıkəsilmədən edilən təcavüzlərin,  basqınların nəticəsində ortalığa çıxan zərurətdən doğurdu. Azərbaycanın mərd oğulları bu yadellilərin qəsbkar niyyətlərinə qarşı susa bilməzdilər, onlara qarşı vuruşmaq zərurətində idilər. Lakin bunu üçün yüksək fiziki hazırlığa malik döyüşçü hazırlanmalı idi ki, bu düşmənlərə cavab verə bilsinlər. Ona görə də ulu babalarımız el-el, oba-oba gənclərin döyüş hazırlığı ilə bağlı zorxana hərəkətləri icra etmək, qılınc oynatma, at çapma, ox və nizə atma, düşmənə qalib gəlmək üçün onları tam hazırlayırlarmış.

Məlum olduğu kimi Yunanıstan və Romada təcrübəli döyühşçülər yetişdirən hərbi mahiyyətli “Sparta”, “Qladiator” və “Olimpiya” məktəbləri təşkil olunmuş, eyni zamanda güləş dərsləri də keçirilirmiş.

Azərbaycanda da buna bənzər məktəblərin yaradılmasına çox böyük ehtiyac duyulurdu. Azərbaycan Avropa və Asiya qitələrinin səyyarlarının keçdiyi yol idi. On a görə də bu ölkədən keçən hər hansı bir səyyah və ya hərbiçi Azərbaycanın sərvəti barədə öz ölkəsinə məlumat verirdi. Bu baxımdan da qəsbkar dövlətlərin bu ölkəyə marağı daha da artırdı. Ona görə də Azərbaycan üçün də hazırlıqlı döyüşçülər lazım idi.  Doğrudur, ta qədimdən belə igidlərimiz olmuşdur.

Bizim eradan əvvəl 522-ci ildə İrfan işğalçılarına qarşı çıxan Qaumat, 66-cı ildə Roma basqınçılarına qarşı vuruşan Opus, yenə  də İran zülmünə qarşı çıxan Məzdək, VII-IX əsrlərdə ərəb xilafatına qarşı mübarizə aparan Cavidan, Cavanşir, Babək 1502-1524-cü illərdə Azərbaycan hökmdarı Şah İsmayıl  Xətai, eləcə də Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm xalqımızın məhz belə qəhrəmanlarıdır.  ( “Azərbaycan tarixi”Bakı-1973) .

Alban sərkərdəsi Cavanşirin şücaəti müqayisə olunmazdır. Onun bütün idman növləri ilə yanaşı qurşaq tutaraq güləşməsi məşhur Azərbaycan tarixçisi Kalankaytuqlu Musa tərəfindən tədqiq olunmuşdur   ( “Azərbaycan tarixi”Bakı-1965) .

Bir çox mübarizə üsullarını gözəl bilən pəhlivanlara folklor nümunələrində və sənət əsərlərində geniş yer verilmişdir. “Kitabi Dədə-Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Şah İsmayıl” kimi dastanlarda, Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İsgəndərnamə”, “” M.F.Axundovun “Sərgüzəşti vəziri-xanı Lənkəran”, Y.V.Çəmənzəmənlinin “Qan içində”, İ.B.Qutqaşenlinin “Rəşid bəy və Səadət xanım” əsərlərində pəhlivanlarımızın qoçaqlıq və qəhrəmanlıqları tərənnüm olunmuşdur. O cümlədən Azıx mağarasındakı və Qobustan qayalıqlarındakı milli güləş təsvirləri də bizə Azərbaycanın milli güləşi barədə fikir söyləməyə imkan verir. N.Gəncəvi özünün “Xosrov və Şirin” poemasında deyir: “Təbiət Xosrovu həm gözəllik, həm də yüksək  kamal və qüvvə ilə mükafatlandırmışdır. Yeddi yaşında ikən gözəlliyi ilə dillərdə dastan olur. O təhsilə başlayır, hazırlığı, hazırcavablığı, natiqlik qüvvəsi və kəskin mühakiməsi ilə hamını heyran edir. O, bütün cəngavərlik fəndlərini tez qavraya bilir, məşhur pəhləvanları diz çökdürür. Nəhayət, Bəzörk-Ümid kimi bir alimdən dövrünün əsas elmlərini öyrənir (“Azərbaycan tarixi”Bakı-1960, səh.139) . Şair qəhrəmanın cəngavərliyinə işarə edərək yazır:

On yaşa girəndə bu nadir cavan,

Otuz yaşlıları qoyurdu heyran.

Şirlər pəncəsinə pəncə verirdi,

Qılıncla sütunu yerə sərirdi.

Buradan belə nəticəyə gəlmək olar ki, Nizami dövrüvndə, bəlkə də eramızdan əvvəlki əsrlərdə olan məktəblərdə də idman dərsləri keçirilirmiş.

Qədim güləşin Şərqdə geniş yayılmasının yaradıcısı, əsasən Azərbaycan hökmdarı Şah İsmayıl Xətai olmuşdur. İlk dəfə olaraq Bakıda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Lənkərfanda, Bərdədə, eləcə də Təbrizdə, Rəşitdə, Ərdəbildə, Urmiyada “zorxanalar” açdırmışdır. “Zorxana ”- pəhlivanların güləşməsi üçün xüsusi  hazırlanmış  meydan, sahə, zal və s. idi ki, burada xüsusi güləş fəndlərinə dair təlimlər də aparılırmış, təcrübəli bahadurlar buraya yığışır, gənclərə öz ustalıqlarını  öyrədirlərmiş.

Qədim ədəbiyyatda “qurşaqtutma”nın dəbdə olması bir daha  təsdiq olunurdu.

Məşhur “Kitabi-Dədə Qorqud”da Bansı Beyrəyin öz nişanlısı ilə qurşaq tutaraq güləşməsinə, Koroğlu dastanında milli güləşlə bağlı boylara, bir sözlə, yüzlərlə nümunələrə rast gəlinir.

Təsadüfi deyil ki, bu günə kimi leksionumuzda, dilimizdə: “nərə çəkdi, güc gəldi, belindən tutub, başı üzərindən atdı,  nərəsindən qulaq tutuldu” sözləri ifadə olunur ki, bu da məhz dastanlardan, eyni zamanda klassik ədəbiyyatlar vasitəsilə bizim yaşadığımız dövrlərə gəlib çatmışdır.

XVI-XVII əsr ərəfəsinə aid edilən “Koroğlu ” dastanına yenidən müraciət edək. Burada Ərəb Reyhanın Eyvazla, Koroğlunun Dəli Həsən və Dəmiçioğlu Əhmədlə güləş əsasında Azərbaycan Mili güləşinin müəyyən texniki fəndləri təsvir olunmuşdur.

XII əsrdə yaşayıb yaratmış dahi şairimiz müdrik Nizaminin “İskəndərnamə” poemasında güləşlə bağlı ifadələrə rast gəlinir:

Tülküylə qurd kimi biz etsək savaş,

Sən kiçik olarsan, mənəm böyük baş .

Sınaqlı qovğalar söyləmiş belə:

“Güləşmə ən fəqir, yoxsul bir nalə,

Səndən şey qoparmaq fikirini izlər.”

Göründüyü kimi bu bəndə deyilən kəlamlar, güləşin geniş tarixi köklərlə bağlı olmasından, texniki-taktiki hazırlığından, metodikasından xəbər verən ifadələrlə, zəngindir.

Adı bizə bəlli qədim Azərbaycan pəhlivanlarından Nizami dövründə yaşamış (XII əsr), Eldəgizlər sülaləsinin ən məşhur nümayəndəsi, o zamanlar şərqin və xüsusilə də Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış, Atabəy Məhəmməd cahan həhlivanın nümunəsində deyə bilərik ki,  o zamanlar ən güclü pəhlivanlar adını hökmdarlar fəxrlə daşıyırmışlar.

Azərbaycanda feodalizm cəmiyyəti  hökm sürürdü dövr ərzində çox görkəmli mütəfəkkir şairlərimizin əsərlərində fiziki tərbiyənin əhəmiyyətindən bəhs edən epizodlara tez-tez rast gəlinir. Məsələn, Xəqani, Nizami, Tusi, Əvhədi, Naxçivani və bu kimi şairlərimiz olmuşdur.

Onu da qeyd edək ki, tarixi abidələrimizdə əks olunmuş güləş elementləri (Azıx mağarası və Qobustan qayalıqlarında) Azərbaycanda milli güləşin qədimdən mövcud olduğu ehtimalını verir.

Məsələn, Azərbaycan nağılları da bu mənada bizə milli güləşin qədimiliyindən xəbər verir. “Məlikməmməd”, “Hambal Əhməd”, “Kəl Həsən ” və s. nağıllarda xalq güləşi müxtəlif formalarda təsvir edilir. XVI-XVII əsrə   aid bir tapıntı, bir sənət əsəri Nizami dövründən də əvvəl xalq güləşinin mövcudluğunu təsdiq edir.

Naməlum bir avropalı rəssam Azərbaycanda fəaliyyət göstərmiş “Zorxana”lardan birini təsvir etmişdir.

Rəssam çox aydınlıqla göstərmişdir ki, hələ XVI-XVII əsrlərdə də güləş musiqi ilə müşaiyət olunurmuş. Şəkildə altı güləşçinin eyni zamanda güləş elementlərini icra etmələri göstərilir və eyni zamanda altısı da hərəkətdədir. Bunlardan biri əllərini yerə dayayıb hərəkəti yerinə yetirir, digəri əlləri üzərində mil dayayır, üçüncüsü əllərini xalçaya, bədənini isə naməlum bir alətə dayayıb, dördüncüsü arxası üstə uzanıb alətlərlə məşqul olur. Qalan iki nəfər isə “Küştü” (qurşaq) tutub, musiqiçilər isə öz işləri ilə məşquldular. Həmin şəkil Azərbaycan Milli Elmlər Akademiyasıının Azərbaycan Tarixi Muzeyində saxlanılır.

XII əsrdə Eldəgizlər sülaləsinin ən məşhur nümayəndəsi Qızıl Arslan çox güclü pəhlivan olmuşdur. Onun qardaşı oğlu Nüsrədəddin və sərkərdəsi Fəxrəddin də o dövrün tanınmış pəhlivanları olmuşlar. O zamanlar Təbrizli, 18 yaşında bir kasıb oğlanın adı daha çox hallandırılır. Rəvayətə görə hələ padşah olmamışdan qabaq Təbrizin hökmdarı olan Qızıl Arslan həmişə güləş yarışları təşkil edərmiş. O, özünün yerinə qardaşı oğlu Nüsrədəddini vəliəhd edmək üçün onu güləş meydanında məşhurlaşdırmaq, başqa şəhərlərdən, digər məmləkətlərdən gələnlər qarşısında tanıtmaq istəyirmiş. Deyilənlərə görə bu yarışlardan birində 18 yaşlı Qara Məlik Vəliəhdə qalib gəlir. Lakin bu məğlubiyyətdən sonra vəliəhd Nüsrəddin Qara Məliyə düşmən kəsilir, onu təqib etməyə başlayır.  Ona görə də kasıb balası Qara Məlik  qaçaq düşür, sonralar başına dəstə bağlayıb saraya qarşı etiraz üsyanına başçılıq etmişdi. Bir sözlə, misal çəkdiyimiz bu rəvayətdə XII əsrə aid bir neçə pəhlivanın adı çəkilir. Ümimiyyətlə orta əsrlərdə Azərbaycanda xalq güləşi inkişaf etməyə başlamışdı. Həmin dövrün mütəfəkkirləri Xaqani, Nizami, Tusi, Əvhədi, naxçıvani və b. əsərlərində milli güləşin əhəmiyyətinə xüsusi diqqət yetirmişlər. Onlar dövrün rəzalətlərinə son qoymaq üçün qüvvətli olmağı, əqli, idraki cəhətdən sağlam olmağı məsləhət görürdülər.

Qədim Azərbaycanı çox zaman “Odlar yurdu” adlandırırıq ki, bu da müqəddəs Zərdüştlə bağlı bir məsələdir. Zərdüşt demişdir:”Mənim  yurdum ali insan yetirməyə çalışan, bu insanı sülhə, əminamanlığa, xeyirxahlığa, bir sözlə,  işığa, gözəlliyə və dinc əməyə, yurd salmağa, torpaq becərməyə səsləyən, öz qanunlarındakı təbiilik və insanilik ilə bu gün də  bizi heyrətdə qoyan  “Avesta”nın vətənidir. Buradan görünür ki,  ta qədimdən Azərbaycanda fiziki tərbiyə məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilmişdir. Təbii ki, milli güləş də onun əsas komponentlərindən biridir.

“Şah İsmayıl” dastanında  Ərəbzənginin pəhlivanlığı, Y.V.Çəmənzənlinin “Qan içində” romanında Şuşa zorxanasının məşhurluğu, M.F.Axundovun əsərlərində “zor gəlmək”, “pişləngə çəkmək”, “qurşaqtutmaq”, “tutuşmaq”, “güc sınamaq”, “arxasını yerə qoymaq” və s. kimi milli güləş elementlərinə, terminlərinə dair məlumatlara rast gəlirik.

1750-1920-ci illər ərəfəsində biz böyük xalq hörməti qazanmış məşhur pəhlivanlarla  qarşılaşırıq. Bu ərəfədə çox böyük dəyişikliklər baş vermişdi. Yəni, bu pəhlivanlar idmanın çoxnövçülüyündən əl çəkdilər, yalnız bir güləş növü ilə məşhur olmağa başladılar. Onlar həm tarixi şəxsiyyət və həm də  idmanın güləşmə növü ilə məşğul olan pəhlivanlar kimi tanınırdılar. Bu baxımdan Bakı şəhəri ətrafındakı kəndlər xüsusi inkikşaf dövrünı qədəm qoymuşdular.

XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində Azərbaycanda ən qüvvətli və daha çox tanınmış xalq pəhlivanlarından biri Hüseynqulu Hacı Mürsəlqulu oğlu olmuşdur. Maştağa kəndində kəndli ailəsində anadan olmuşdur. Dəvə karvanlarını müşayət edən, sarvanlıq sənətinə malik imiş. O, 16 yaşından el bayramlarında, toylarda, şənliklərdə qurşaq tutmağa- güləşməyə başlamışdır. Düz qırx il qurşaq tutur. 1871-ci ildə 82 yaşında vəfat edir. Hüseynquludan başqa o dövrdə bir çox tanınmış pəhlivanlar qurşaq tutmuş, xüsusi şöhrət qazanmışlar.

Məsələn, Maştağalı pəhlivan Məşədi Əbdül Əbdüləli Axundov,  “Altıaylıq” ləqəbi ilə Azərbaycanda məşhur olmuşdur. Həmçinin Zabratlı pəhlivan Mirzə Həşim oğlu Hüseynqulu, balaxanılı Sar Pənci, saraylı Atabala, əhmədli Məmməd, bakılı Şonu oğlu Məmmədhüseyni və başqalarını göstərmək olar.

Altıaylıq 1847-ci ilçdə Maştağa kəndində anadan olmuşdur.  O güləş texnikasında, fəndgirlikdə, qüvvədə və cəldlikdə müstəsna şöhrəti ilə  hər yerdə şöhrət qazanmışdı. 10 yaşından güləşməyə başlamışdı. Ustadı isə Hüseynqulu pəhlivan olmuşdur. 96-97 kq ağırlığında idi.  Maştağa ağsaqqalları tərəfindən qorunub saxlanılan xatirələrdən məlum  olur ki, Altıaylıq həddindən artıq fitri istedada malik bir insan olmuşdur. Deyirlər ki, o hər səhər boynunda dəvə balası  məşq edər,  mil oynadar, qoşa budlu daşları atıb-tutarmış. Bir dəfə o, üçyaşar dəvəni kəndirlə bağlayıb, iri bir ağaca qaldırmışdı. 1889-cu ildə Nardalanda Altıaylıq o zaman  çox məşhur olan  dünya pəhlivanının kürəyini yehrə vurmuşdu. Sonrakı illərdə Sabunçuda açılmış sirkdə işləmiş Altıaylıq Gürcüstan pəhlivanı Qırdaniminin güləşdə kürəyini yerə sıxmışdır.

Bir  cəhəti qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinə qədər Rusiyada burjua dövrü hökm sürürdü. Azərbaycanda ümimi bir sistemə salınmış güləş qaydaları yox idi. Bədən tərbiyəsi ilə tək-tək adamlar məşğul olurdu. Bu dövrfdə hökümət heç zaman güləş və bu kimi bədən tərbiyəsi növlərinin qeydinə qalmırdı.

O zaman güləşlər təkcə meydanlarda deyil, həm də sirklərdə, teatrlarda, klublarda, bağlarda, parklarda, kənd yerlərində isə, adətən, məhsul yığımı dövlərində xırmanlarda təşkil edilirdi. Yarışlar döşəkçəsiz yerlərdə aparılırdı.

1920-ci ildən başlayaraq, respublikamızda bədən tərbiyəsinin inkişafı üçün geniş imkanlar yaradıldı. Milli güləş əhali arasında geniş yayılmağa və inkişaf etməyə başladı. Ayrı-ayhrı rayonlarımızda adlı-sanlı milli güləş pəhlivanları yetişməyə və şöhrət tapmağa nail oldular. Topladığımız məlumatlara görə o dövrün ən məşhur milli güləşçiləri aşağıda adlarını çəkdiklərimiz olmuşdular:

Qutqaşen (Qəbələ) rayonunun sakini  Əbdülrəhman Atakişiyev, Tovuzlu Məmməd Murafdov, Saatlı Əliağa Hüseynov, Astaralı Vəli Loylabaş oğlu, Qazaxlı Rüstəm-Zal və  başqaları məharətlə qurfşaq tuturdular.

Onu da qeyd edək ki, 1936-cı ilə qədər güləş yarışları yerli xarakter daşıyırdı. 1937-ci ildən başlayaraq, onun coğrafiyası genişlənməyə başladı.  Artıq idcmanın bu növü üzrə rayon, şəhər və respublika birinciliyi yarışları keçirilməyə başladı. Hətta İkinci dünya müharibəsi zamanı belə rəsmi yarışların arası kəsilməmişdir. Bu onu göstərir ki, xalq arasında milli güləş böyük şöhrət və hörmətə malik olmuşdur.

Müharibədən sonrakı illərdə və daha sonralar görkəmli pəhlivanlar Rza Baxşəliyev, Rəşid Məmmədbəyov, Musa Babayev, Aptiviağa Pavlidi, Ehsan Kərimov, İbrahim-Paşa və Muxtar Dadaşov qardaşları, Camal Yaqubov, İslam Hümbətov, Göyüş Məmmədov, Nəcəf Çöldüyev, Sabir Hüseynov, Oktay Məmmədbəyov sonrakı illərdə Aydın İbrahimov, Rəhim İsmayılov, Mustafa Orucov, Rasim Rəsulov, Kamal Cəlilov, Fazil və Ramiz Həsənov qardaşları, Kamal və Sarı Əhmədov qardaşları, Arif və Kamil Həsənov qardaşları, Ramazan Səmədov, Lev və Manaşir Mişiyev qardaşları, Rafiq Hacıyev, Nofəl Musayev, Yaqub Məmmədov, Oktay Hüseynov, Seyxan Ocaqov, Cavanşir, Xanlar və Ağayusif Qurbanov qardaşları, Məmməd və  Tahir İbrahimov qardaşları, Xosrov Cəfərov, Çingiz Quliyev, Telman Paşayev, Firidun Ağasiyev, Rəhim Novruzov, Həsən  Məmmədyarov, Xəzər İsayev, Aslan Ağayev, Nadir Həmidov, Azər İsayev, Rafiq Məmmədov, Asəf Əsədov, Nazim Əlicanov, Ceyhun Məmmədov, Rövşən Əkbəri və başqaları Azərbaycan milli güləşini daha yüksək zirvələrə qaldırmışlar.