Mütəhərrik oyunlar

“ARANDAĞ”

Yer və ləvazimat: meydança və ya idman zalı. Bir bulava və hər oyunçu üçün bir gimnastika ağacı, rəngli karandaş və akvarel rənglər lazımdır.

Oyuna hazırlıq: meydançanın qarşı tərəflərində oyunçu sayına görə hər birinin diametri 25 sm olan dairələr çəkirlər. Dairələr bir-birindən 1-2 addım aralı olur. Bir nəfər üçün dairə çəkilmir. Qarşı tərəfdə meydançanın, yaxud salonun ortasında divardan 3 m aralı, öndə dm-i 25 sm olan dairə cızılır. Meydançanın və ya salonun ortasında gimnastika ağaclarını tullamaq üçün uzununa xətt çəkilir.

Oyunun təsviri: oyunda iştirak edənlərin hamısı bir-birinin yanında cərgə ilə düzülürlər. Hər oyunçu öz gimnastika ağacını bir rənglə nişanlayır; bunu etməmişdən əvvəl bir oyunçunun seçdiyi rəng digərinin seçdiyi rəngin eyni olmasın deyə onlar bir-biri ilə razılığa gəlirlər. Eyni zamanda hərə öz gimnastika ağacını tanımalıdır. Oyunçulardan biri müəllimin göstərişi ilə yoldaşlarının və salonun ortasında arxası dairələrə tərəf dayanır, ağacları iki əlli başı üstündən var qüvvəsi ilə geriyə tullayır. Bundan sonra aparıcı geriyə baxmadan daldala gimnastika ağaclarına tərəf gedir. O, hansı ağacı ayaqlasa, yaxud üstündən keçsə, sahibi öz ağacını götürüb növbəsini yanında saxlayır, meydanın və salonun ortasında xəttin qarşısında 2-3 addım aralı cərgəyə durur.

Axırdakı oyunçu müəllimdən bulava alır, bunu meydançanın ortasında 8-10 m aralı, böyük dairədə dikinə qoyur. Eyni zamanda öz ağacını da bulavarın yanına qoyub geri qayıdır, o biri oyunçularla bir cərgədə dayanır. Sonra hər bir oyunçu öz növbəsində bulavanı dairədən vurub çıxarmağa çalışır. Bulava vurulub dairədən çıxarılan kimi bütün oyunçlar yüyürüb tez öz ağaclarını götürməyə və geri qayıdıb dairələrindən birini tutmağa çalışırlar. Bulavanı dairəyə qoyan oyunçu da irəli yüyürür, öz ağacını götürür, dairələrindən birini tutmağa cəhd göstərir. Axırda yersiz qalan oyunçu bulavanı təzədən dairəyə qoyur, beləliklə, oyun davam edir.

Oyunun qaydası:

1. Bulavanı ancaq meydançanın ortasından vurmaq olar.
2. Bulava dairədən çıxmayıb, ancaq yıxılmış olarsa, qalan oyunçular onu vurub dairədən çıxarılmalıdırlar.
3. Bulava bir zərbə ilə dairədən çıxdıqda oyun hesaba alınmır, yenidən başlanır.
4. Öz ağaclarıı tullamağa macal tapmayan oyunçular irəliyə qaçıb dairələrdən birini tutmalıdırlar.
5. Gimnastika ağacını başının üstündən tullayan oyunçu isə meydançanın və ya salonun axırına kimi gedib ağacları nömrələməlidir.
6. Ağacların dalınca qaçan oyunçuların bir-birini itələməsi qadağandır.


“ƏL MƏNDƏ”

Yer və ləvazimat: dəniz, ya çay. Oyun üçün ləvazimat lazım deyildir.

Oyuna hazırlıq: oyunun bütün iştirakçıları qurşağadək suya girib bir dairə vururlar. Oyunçular bir-birindən 30-50 sm aralı dayanırlar. Bir nəfər aparıcı seçilir və o, özü də iştirak etməklə oyuna başlayır.

Oyunun təsviri: aparıcı oyunun başlanmasını bildirir və barmaqları ilə suyu şappıldatmağa başlayır, bütün oyunçular da suyu şappıldadırlar.
Suyu şappıldadarkən hər kim suyu sıçratsa, oyunçular onu o saat aralığıa alırlar. Hamı bir yerdə: – bir, iki, üç!” əl məndə”, -dəyə həmin oyunçunu yuxarı qaldırıb müxtəlif tərəflərə üzürlər. Bundan sonra suyun üzünə çıxıb özlərini göstərir, “mən burdayam”- deyib  yenidən suya cumur, yerlərini deyişirlər. Cərimə olunan oyunçu suyun altında oyunçulardan birini tutmağa çalışır. Tutulan oyunçu aparıcı olur. Oyun 20-30 dəqiqə davam edir.

Oyunun qaydası:

1. Oyunçunun suyu bilərəkdən  yavaşca şappıldatmasına icazə verilmir.
2. Tutulan oyunçunun çırpınıb aparıcının əlindən çıxmasına ixtiyarı yoxdur.
3. Oyun havanın istiliyi 270, suyun istiliyi isə 250 olan şəraitdə keçirilir.
4. Uduzmuş oyunçu tutduğu adamı suyun altında 3 saniyədən çox saxlamamalıdır.
5. Oyun qaydalarını qəsdən pozan oyunçular oyundan kənar edilirlər.


“YA SƏNDƏDİR, YA ONDA”

Yer və ləvazimat: meydança, idman salonu və ya dəhliz. Oyun üçün qələm, rezin və kiçik şeylər lazımdır.

Oyuna hazırlıq: oyunun bütün iştirakçıları böyük bir dairə qurub dayanır, əllərini arxalarında saxlayırlar. Oyunçulardan biri müəllimin göstərişilə meydançanın ortasına çıxır. Müəllimin gizlədəcəyi şeyi yadda saxlamaları üçün oyunçulara göstərir. Sonra özü dairədən kənara çıxır.

Oyunun təsviri: müəllim dairə qurmuş oyunçuların arxasında gəzə-gəzə özünü elə göstərir ki, guya həmin şeyi oyunçunun əlində gizlədir. Beləliklə, o, dolanmaqda davam edir. Meydançanın ortasında dayanan oyunçu isə müəllimin bütün hərəkətlərinə diqqətlə fikir verməlidir. Bundan sonra müəllim dairəyə daxil olur və ortada dayanan oyunçuya deyir: “Axtar!”
Aparıcı dairənin içərisi ilə dolana-dolana bir, iki və üç, oyunçuya yanaşıb deyiir: “Ya səndədir, ya onda”.
Elə ki, gizlədilmiş şey tapıldı, həmin oyunçu ortalığa çıxıb yoldaşlarının istəyinə əməl edir (oxuyur, oynayır və s.).
Gizlədilmiş şey tapılmadıqda aparıcı ortada dayanır, müəllim isə şeyi gizlədən oyunçunu çağırır. O, həmin şeyi müəllimə verir və yerinə qayıdır. Bundan sonra aparıcı oyunçuların istəyinə əməl edir. Oyun 20-30 dəqiqə davam edir.

Oyunun qaydası:

1. Oyunçular gizlədilmiş şeyin olduğunu pıçıldayıb aparıcıa deməməlidirlər.
2. Şeyi bir oyunçuda iki dəfə gizlətməyə icazə verilmir.
3. Müəllim “şeyi ver”, – deməyincə onu aparıcıya göstərmək olmaz.
4. Şeyi gizlətmək üçün müəllimdən alan oyunçu dinməzcə yerində dayanıb komanda verilməsini gözləyir.


“ÜZƏNGİ”

Yer və ləvazimat:  meydança, idman salonu və ya dəhliz. Oyun üçün bir tennis topu və təbaşir lazımdır.

Oyuna hazırlıq: meydança, idman salonu və ya dəhlizin hər iki qarşı tərəfində 3-5 m-lik bir kvadrat çəkirlər. Kvadratlar bir-birindən 15-20 m aralı olmalıdır. Oyunun bütün iştirakçıları iki bərabər komandaya bölünürlər. Komandalar üzləri bir-birlərinə tərəf öz kvadratı içərisində dayanırlar. Hər komandada kapitan seçilir və onlar oyuna başlamaq üçün püşk atırlar.

Oyunun təsviri: müəllim meydançanın ortası bərabəri yan tərəfdə hündür bir yerdə dayanaraq oyunun  başlanmasını bildirir. Birinci topu kapitan atır, qarşı kvadratdakı komandanın oyunçuları isə necə olursa-olsun topu tutmağa və rəqib komandanın oyunçularından birini vurmağa çalışırlar.
Müəllim oyunçuya top dəydiyini görən kimi “dayan” işarəsi verir və həmin adam oyunçudan çıxarılır. Sonra oyun yenidən davam etdirilir. Oyunçusu çox qalan komanda qalib sayılır.

Oyunun qaydası:
1. Oyunçulara öz dairələrindən kənara çıxmağa icazə verilmir.
2. Oyunçu bir ayağını da dairədən kənara qoymamalıdır.
3. Topu qəsdən bərk vurmağa icazə verilmir.
4. Topla vurulan oyunçu əlini yuxarı qaldıraraq topun ona dəydiyini müəllimə işarə ilə bildirməlidir.
5. Oyun zamanı oyunçunu itələmək və topu ondan güclə almaq olmaz.
6. Oyunun qaydalarını qəsdən pozanlar oyundan xaric edilirlər.


“ATLARDA KİMİN ATI”

Yer və ləvazimat: meydança, idman salonu və ya dəhliz. Bu oyun üçün ləvazimat lazım deyil.

Oyuna hazırlıq: oyunçular iki bərabər komandaya bölünür, meydançanın və ya salonun qarşı tərəflərində sıra ilə üzbəüz dayanırlar. Hər komandaya kapitan seçilir.

Oyunun təsviri: müəllim komandaların kapitanlarını meydanın ortasına çağırır, hər ikisinə keçilən material üzrə (ədəbiyyat, botanika və s.) bir tapşırıq verir. Sonra püşk atılır. Bir tərəfin kapitanı, o biri tərəfin oyunçularından birinə bir sual verir. Bu komandanın oyunçusu məsələni həll edə bilmədikdə, oyundan çıxır və beləliklə, oyun 10-15 dəqiqə davam edir. Axırda oyunçusu çox qalan komanda qalib gəlir.

II variant

Oyunun təsviri: Müəllim komandaların kapitanlarını meydanın ortasına çağırır, hər ikisinə kəndin və ya rayonun ən yaxşı atlarını tanımaları barədə tapşırıq verir. Bundan sonra püşk atılır, bir tərəfin kapitanı o biri tərəfin oyunçularından birinə müraciət edib atın boyunu, rəngini, ayaqlarını, yalını, quyruğunu təsvir edir və atın adını soruşur. Oyunçu həmin atı tanımalıdır.

Oyunun qaydası:

1. Bir oyunçuya iki dəfə sual vermək olmaz.
2. Oyunçulara məsələnin həllini pıçıltıyla deməyə icazə verilmir.
3. Komandaların oyunçularına növbə ilə sual verilməlidir.


“PULA-PULA”

Yer və ləvazimat: Oyun üçün qumlu, yumşaq meydança, diametri 2-3 sm 5 kürəcik və ya xırda daş lazımdır.

Oyuna hazırlıq: meydançanın ortasında diametr və dərinliyi 10-15 sm bir çala qazılır. İrəlidə, çaladan 3-4 m qabaqda tullama xətti çəkilir. Oyun iştirakçıları iki bərabər  komandaya bölünür və meydançanın tullama xətti üzərində cərgə ilə üz-üzə dayanırlar. Hər komandada bir kapitan seçilir və kimin oyuna birinci başlaması üçün püşk atılır.

 Oyunun təsviri: müəllim oyunun başlanmasına işarə verir. Komandanın kapitanı kürəcikləri müəllimdən alıb ovcunda tutur, tullama xətdində dayanıb onları çalaya atır. O, çalaya mümkün qədər çox kürəcik (daş) düşməsinə çalışır. Komandanın bütün iştirakçıları da növbə ilə bunu təkrar edirlər. Sonra növbə o biri komandaya çatır, onun da oyunçuları kürəcikləri (daşları) çalaya atmağa başlayırlar. əgər birinci komandanın oyunçularından birinin atdığı kürəciklər çalaya düşməzsə, onda oyunu o biri komanda davam etdirir. Müəllim hər bir komandanın çalaya saldığı kürəciklərin miqdarinı ayrı-ayrılıqda qeydə alır və oyun axırında nəticəni bildirir. Oyunda çalaya daha çox kürəcik (daş) salan komanda qalib gəlir.

Oyunun qaydası:

1. Kürəcikləri salarkən xətti basmaq və ya keçmək olmaz.
2. Oyunda eyni oyunçunun ikinci dəfə çalaya kürəcik atmasına icazə verilmir.
3. Çalaya düşüb çıxan kürəciklər hesaba alınmır.


“DİRƏDÖYMƏ”

Dirədöymə də qədim idman oyunlarındandır. Qaydalara görə, uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.


“ƏNZƏLİ”

Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər:

Birdə – Ənzəli hay ənzəli.
İkidə – Xan əkbəri
Üçdə – Xoruz banladı: qu-qulu-qu!
Dörddə – Yanbız əzərlər.
Beşdə – Taxta çıxarlar.

(Bu zaman oyunçu “yatan” oyunçunun belində oturur və soruşur:
– Minim, ya düşüm?)
Əyilən: -Min və ya düş! – deyir. Oyun yenə davam edir.
Altıda – Əl, üst, baş dəyməsin.
Yeddidə – Tayəl keçərlər,
Səkkizdə – Papaq qoyarlar.
Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə “yatan”ı əvəz etməli olur.


“XƏNDƏYƏ DÜŞMƏ”

Yer və ləvazimat: meydança, idman salonu və ya dəhliz. Oyun üçün sarğı və təbaşir lazımdır.

Oyuna hazırlıq: meydançanın ortasında 3 m-dən 10 m-dək bir xətt çəkilir. Oyunçular iki bərabər komandaya bölünür və meydançada üz-üzə sıraya düzülürlər. Hər komandaya kapitan seçilir və oyunu kimin birinci başlaması üçün püşk atırlar.