Ölkə Başçısı Bakı-2017 İslam Oyunlarında fərqlənən Zorxana millimizlə bir araya gəlmişdir.
12-22 mayda paytaxtımızda 4-cü İslam həmrəyliyi oyunlarında ilk dəfə olaraq proqrama Azərbacanın Milli İdman Növlərindən biri olan Zorxana da salınmışdır. İdmançılarımız 1-ci sınaqdan uğurla çıxmışdırlar. Komanda hesabında 2-ci yer tutmuşdurlar, şəxsi çıxışda 1 qızıl, 2 gümüş və 3 bürünc medal, komanda hərəkətlərində isə gümüş medallar qazanmışdırlar.
“Dördilliy”in şərəfinə keçirilmiş ziyafətdə Ölkə Başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyev mükafatçılarla görüşmüşdür. Bunların sırasında AMİNA-nın 1-ci vitse-prezidenti Kazım Qurbanovun rəhbərlik etdiyi Zorxana komandamız da olmuşdur.
Dövlət rəhbəri və ailəsi idmançılarımıza gələcək yarışlarda da uğurlar arzulamışdır. Sonda xatirə şəkili çəkilmişdir.