Qazaxıstan Respublikasının Astana şəhərində Dünya birinciliyi və çempionatı keçirilmişdir
10-15 dekabr 2022-ci il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində kazak güləşi idman növü üzrə U-17, U-20 , böyüklər arasında Dünya birinciliyi və çempionatı keçirilmişdir.
Azərbaycanı bu yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kazak güləşi idman növü üzrə komandası təmsil etmişdir. U 17 də İsmayılon Nicat 60 kq çəkidə III yerə, U 20 də Babayev Ataxan 60 kq çəkidə və İskəndərov Nihad 100 çəkidə III yerə, böyüklər arasında isə Unbayev Nəsimi 55 kq çəkidə II yerə layiq görülüblər.