Türkiyənin Bursa vilayətinin Iznik bölgəsində IV Dünya Köçəri Oyunlarında komandamızın nəticələri

27 sentyabr-03 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Bursa vilayətinin Iznik bölgəsində IV Dünya Köçəri Oyunlarında ölkəmizi təmsil etmək üçün 54 nəfər idman nümayəndə heyətlə yola düşmüşdük. Komandamız 21 medal əldə edərək 5 qızıl, 8 gümüş, 8 bürünc medal əldə etmişdir.

Idmançılarımızın nəticələri.

Koreş güləşi yarışında Camal Feyziyev mütləq çəkidə qızıl, Ariz Huseynov isə (60 kq) gümüş medal qazanıblar.Xəyyam Abdullayev (70 kq) gümüş,
Mehdiyev Xəyal (+100 kq) isə bürünc medal qazanıblar.

Pəhlivan güləşi yarışında Əbulfəz Nəsirov (70 kq) qızıl medal qazanıb.

Qazax güləşi yarışında Emil Həsənov (80 kq) qızıl,Nicat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.

Alış güləşi yarışının klassik növündə Gözəl Zutova (75 kq) qızıl,sərbəst növündə isə gümüş medal qazanıb.Gülcahan Hacıyeva (60 kq) klassik növündə bürünc medala sahib olub. Kişilərin yarışında isə klassik növdə Ariz Hüseynov (60 kq) və Həsən Ağazadə (70 kq) bürünc medal qazanıblar.

Şalvar güləşi yarışında  idmançımız Cəlal Süleymanov (65 kq) gümüş medal qazanıb.

Aba güləşi yarışında Aslan Mirzəyev (+90 kq) qızıl medal qazanıb. Ceyhun Hüseynov (99 kq), Eyvaz Baxşıyev (65 kq) isə gümüş medal qazanıb.

Mas-reslinq yarışlarında Sultan Ağayev (80 kq),Cahangir Yaqubov (110 kq) gümüş, Arif Şahlarov (70 kq) və Günel Vəliyeva (75 kq) isə bürünc medal qazanıblar.

Aba güləşi yarışında Mirfəttah Seyidəliyev bürünc medal qazanıb.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.