Türkiyənin Hatay şəhərində  Aba güləşi idman növü üzrə XI Dünya çempionatı keçirilmişdir

03-04 sentyabr 2022-ci il tarixində Türkiyənin Hatay şəhərində Aba güləşi idman növü üzrə XI Dünya çempionatı keçirilmişdir. Bu çempionatda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan ABA güləşi idman növü üzrə idmançılarımız 5 çəkidə iştirak etmişdir. Aslan Mirzəyev ağır çəkidə bütün rəqiblərinə qalib gələrək qızıl medal almış və baş pəhləvan kəmərinə layiq görülmüşdür. Komandanın digər üzvlərindən isə Bazşıyev Eyvaz 5-ci yerlə kifayətlənmişdir. Ümumi komanda hesabında 40 ölkə arasında Azərbaycan komandası 3-cü yerlə yarışı başa vurmuşdur

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.