06-09 sentyabr 2023 tarixlərində Özbəkistan Respublikasının Xivə şəhərində Etnosport idman festivalı keçirilmişdir. Festivalda ölkəmizi Azərbaycan
Milli İdman Növləri Assosiasiyasının tərkibində olan müxtəlif idman növləri üzrə 14 nəfər idmançı təmsil etmişdir. Etnosport festivalı çərçivəsində idmançılardan Mas-reslinq idman növü üzrə dünya çempionatında Yaqubov Cahangir II yerə, Yadigarlı Rauf və Orucov Xəyyam III yerə, kəmər güləşi idman növü üzrə beynəlxalq çempionatda Ağayev Tərlan və Məhəmmədzadə Məhəmməd III yerə çıxmışdırlar.