Yeniyetmə və böyüklər arasında Kəmər güləşi üzrə ölkə çempionatı keçirilmişdir
27 dekabrda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında kəmər güləşi üzrə ölkə çempionatı keçirilmişdir.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından güləşçilər medallar uğrunda mübarizə apariblar.
Yarışın əsas məqsədi müvafiq yaş qrupları üzrə gələn il Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək və eyni zamanda yeniyetmələr və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin milli güləşin kütləvi təbliğinə və təşviqinə nail olmaq olmuşdur. Komanda hesabında 1-ci yerə AMİNA, 2-ci yerə Şahinlər, 3-cü yerə Neftci-İc komandası çıxmışdır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Amina Azif