ZORXANA VƏ PƏHLƏVAN GÜLƏŞİ

Bu idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Zor – “güc”, xana isə – “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə gedib çıxır. Çox keçmişdə zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub.

Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış. Zorxanalarda nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadənin məşqləri keçirilərmiş. İdman növü kimi isə “Zorxana”, yalnız 17-18-ci əsrlərdə Pur Vəli tərəfindən yaradılıb. O, əslən gəncəli olub.

Zorxana idman yarışları 3 gün sürür. İlk gün komanda yarışı olur. Burada tərkib 7 nəfərdən ibarətdir. Bir nəfər kapitandır. Kapitan “miyandar” – yəni “ortaçı” adlanır və ortada hərəkətləri göstərir. Digər 6 idmançı onunla sinxron olaraq bu hərəkətləri təkrarlayırlar.

Mücadilənin sonuncu günü zorxana güləşi baş tutur. Bu güləş növü sərbəst güləşə bənzəsə də, ondan iki fərqi var. Birinci fərq, geyinilən şalvardır. Dizdən olan bu şalvar “nəti” adlanır. İkinci fərqi, bir idmançının kürəyi yerə dəyirsə, oyun bitir və o məğlub olur.

 

Zorxana və pəhləvan güləşi üzrə dünya kuboku 2009-cu ildə Azərbaycanda keçirilmişdir və bu idman növü  2017 ci ildə Bakıda keçirilən İslam oyunlarının proqramına daxil edilmişdir.

2007 ci ildən başlayaraq Azərbaycan idmançıları Zorxana və pəhləvan güləşi üzrə ən mötəbər yarışlarda iştirak edərək dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıblar.

Onların arasında ən yaxşı nəticə göstərənlər : Orucov Xəyyam, Xanlarov Orxan, Səfərov Rəsul, Əliyev Tural, Güləlyev Rüfət, Bayramov Həsənalı, Allahverdiyev Tural, Salamov Məmmədi, Cavadov Tural, Cavadov Vüsal,  və başqalarıdır.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.