Zorxanaçılarımız Avropa çempionatının qalibidir! Pəhləvan güləşində 2 “gümüş” və 2 “bürünc”

22-29 iyul Belarus paytaxtı Minskdə 5-ci Avropa çempionatı keçirilib. Azərbaycan 12 komanda arasında 1-ci yer tutub.

Zorxanada fərdi hərəkətlərdə Xəyyam Orucov milbazidə, Məmmədi Salamov kəbbadədə, Rüfət Gülalıyev səngdə, Orxan Xanlarov çərxi-tiz, çərxi-çəmənidə və Vüsal Qurbanov milsəngində qızıl medal qazanıblar.

Pəhləvan güləşində Rəsul Səfərov 60 kq-da, adı 2-ci çəkilən idmançımız 70 kq-da 2-ci, Araz Cəfərov 90 kq-da və adı son çəkilən bahadırımız +90 kq-da bürünc mükafata yiyələniblər.

Komandamızın nümayəndə heyətinin rəhbəri Xanlar Qurbanov, baş məşqçi Ağayusif Qurbanov olub.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.