Məzmuna keç
Milli qurşaq güləşi

Milli qurşaq güləşi Assosiasiyanın tərkibinə daxil olan idman növlərindən biridir. Xalq arasında qurşaqtutma adı ilə tanınır. Azərbaycanın qədim xalq oyunlarından sayılır, zorxana oyunlarında güləş yarışının ən qədim ənənəvi adlarından biridir.

Novruz bayramında və başqa el şənliklərində qurşaqtutma yarışı keçirilir. Pəhləvanlar qoşa zurna və zərb alətlərinin səsi altında meydana çıxır, gəncləri güləşə çağırırlar. Qarabağda bu güləş uşaqlar və gənclər arasında oyun şəklində də yayılıb.

Mənşəyi

Qurşaq tutub güləşmək qədim ədəbiyyatda da təsvir olunur. «Kitabi-Dədə Qorqud»da Bamsı Beyrək nişanlısı ilə qurşaq tutaraq güləşir. Alban sərkərdəsi Cavanşirin qurşaq tutaraq güləşməsindən Musa Kalankatuklu yazıb. Bu barədə ətraflı Milli güləş səhifəsindədir.

Qaydaları

Əsas məqsəd rəqibi qurşaqdan tutaraq fənd tətbiq etməkdir. Tarixi mənbələrdə qurşaqtutmanın iki növü göstərilir: birində ayaqla rəqibin ayağına təsir etmək və ayağın köməyi ilə atmaq qadağan olub, o birində bu üsullara icazə verilib.

Bu növün bugünkü yarış qaydalarını Assosiasiya təqdim edəndə burada dərc olunacaq.

Mənbələr