
Ssırım (koreya) güləşi
Ssırım Koreyanın ənənəvi milli güləşidir. Güləşçilər bir-birinin kəmərindən tutur, rəqibin bədəninin dizdən yuxarı hissəsini yerə toxundurmağa çalışır.
Şimali və Cənubi Koreyanın birgə müraciəti ilə ssırım UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilib.
Mənşəyi
Güləşin Koreyada IV əsrdən mövcud olduğu qeyd olunur. Tarix boyu müxtəlif adlarla çəkilib: qakço, qakhi, sanqbak və başqaları.
Qaydaları
Güləşçi rəqibi 45–90 dərəcə döndərməyə, çəkisini bir ayağına keçirib geri itələməyə çalışır. Fəndlər rəqibə az zərər verəcək şəkildə qurulub.
Geyimi
Hər güləşçi beldən və budundan dolanan satba kəməri taxır.
