09.12.2023-cü il tarixində ADBTİA-in güləş zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə “Azərbaycan” və “Tatarstan” komandaları arasında Koreş və Azərbaycan milli güləşi üzrə yoldaşlıq görüşü keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşündə 5 çəki dərəcəsi üzrə 36 idmançı mübarizə aparıb.
Beynəlxalq Koreş Federasiyasının və Azərbaycan milli güləşinin mövcud qaydalarına əsasən keçirilən yoldaşlıq görüşünün yekun nəticəsinə əsasən dostluq qalib gəlib.
Sonda fərqlənən idmançılar təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.