Dünya Güləş Birliyinin, Beynəlxalq Qazaq güləşi Federasiyasının qərarı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə 27-28 yanvarda Qazaq güləşi idman növü üzrə Avropa çempionatı keçiriləcək.

Rəsmi olaraq Qazaq güləşi üzrə III Avropa çempionatı Sərhədçi İdman Mərkəzində baş tutacaq. Üç gün davam edəcək turnirdə 14 ölkədən 150 güləşçi medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın qazaq güləşi üzrə milli yığma komandası yarışda 8 kişi və 8 qadın idmançı ilə təmsil olunacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir!

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.