İdmançılarımızın Ümumdünya Köçəri Oyunlarında nailiyyətləri

September 9, 2018by Mata0

31 avqusat-09 sentyabr 2018-ci ildə Qırğızıstan respublikasının Çolpan-Ata şəhərində III Ümumdünya Köçəri Oyunları keçirilmişdir. Yarışda 80 ölkənin idmançıları 37 idman növündə mübarizə aparmışdır. Ölkəmizin idmançıları, 10 idman növündən təmsil olunmuşdur.
İdmançılarımızın yarışda 80 ölkə idmançıları arasında XII yerə çıxması uğurlu nəticənin və ölkəmizdə yaradılan şəraitin bariz nümunəsidir. Nəticədə idmançılarımız uğurlu çıxış edərək 1 qızıl, 6 gümüş və 8 bürünc medala
sahib olmuşdurlar .
Milli idman növləri üzrə idmançılarımızın qatıldığı bu yarışda milli güləş üzrə Süleymanov Cəlal (60 kq) I-yerə, Pəhlivan güləşi üzrə Süleymanov Cəlal (70 kq) III-yerə, Raman Bəkirov (mütləq çəki) III-yerə, Alış güləşi üzrə Zutova Gözəl (+75 kq) II-yerə, Kəmr güləşi üzrə Ramazanov Elməddin (82 kq) III-yerə, Mas-Reslinq üzrə Ağayev Soltan (80 kq) III-yerə, Səfərov Rəsul (60 kq) II-yerə, Nərqiz İbrahimova (75 kq) II-yerə layiq görülmüşlər.

Bu yarışda milli idman növləri üzrə komandanın baş məşqçisi Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov olmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.