Yeniyetmə və gənclər arasında Azərbaycan Birinciliyi keçiriləcək

December 8, 2023by Mata0
    10 dekabr 2023- cü il tarixində Gənclər və İdman Nazirliyinin, Milli İdman Növləri Assosiasiyasının dəstəyi və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Azərbaycan Birinciliyi keçiriləcək.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından idmançılar medallar uğrunda mübarizə aparacaq.
    Yarışın əsas məqsədi müvafiq yaş qrupları üzrə Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək və eyni zamanda yeniyetmələr, gənclər və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin Kəndirlə Mübarizənin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İdmançılarımıza uğurlar arzu edirik!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.