Milli güləş və kəmər güləşi üzrə ölkə çempionatı keçirilmişdir

December 25, 2023by Mata0
     22-23 dekabrda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında milli güləş və kəmər güləşi üzrə ölkə çempionatı keçirilmişdir.
Yarışın açılışında dövlət himni səsləndirildikdən sonra  Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov yarışın mahiyyəti haqqında məlumat veriblər və yarış iştirakçılarına uğurlar arzulayıblar. Yarışın qalib idmançılarına diplom və medallar təqdim edilib.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından güləşçilər medallar uğrunda mübarizə apariblar.
       Yarışın əsas məqsədi müvafiq yaş qrupları üzrə gələn il Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək və eyni zamanda yeniyetmələr və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin bu idman növlərinin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.