İdman həftəsi çərçivəsində silsilə tədbirlər davam edir

March 4, 2024by Mata0
“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlər davam edir. Martın 4-də dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 35 dövlət qurumundan 42 əməkdaş (12 qadın, 30 kişi) iştirak edib.
Yekun nəticələrə görə qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi), Aysel Ağayeva (Elm və Təhsil Nazirliyi), Samirə Cəfərova (SOCAR) ilk üçlükdə qərarlaşıblar. Kişilər arasında Tural Gözəlov (Maliyyə Nazirliyi) birinci olub. Nuhi Hüseynov (Respublika Dəri-Zöhrəvi Mərkəzi) və Kamil İlyasov (AZAL) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.