Mas-reslinq idman növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək

March 16, 2024by Mata0
27 mart 2024-cü il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə mas-reslinq idman növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək.
Quba Olimpiya İdman Kompleksində baş tutacaq yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından idmançıları medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi müvafiq yaş qrupları üzrə Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək və eyni zamanda yeniyetmələr, gənclər və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin mas-reslinqin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İdmançılarımıza uğurlar arzu edirik!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.