Mas-reslinq idman növü üzrə ölkə birinciliyi və çempionatı keçirildi

March 27, 2024by Mata0
27 mart 2024-cü il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə mas-reslinq idman növü üzrə ölkə  birinciliyi və çempionatı keçirilmişdir.
İdman paytaxtı seçilən Quba şəhərinin Olimpiya İdman Kompleksində baş tutan yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından idmançılar medallar uğrunda mübarizə aparıblar.
Yarışdın qalibləri və mükafatçıları Gənclər və idman nazirliyi tərəfindən medal və diplomlarla təltif olunublar
Yarışın əsas məqsədi müvafiq yaş qrupları üzrə Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək və eyni zamanda yeniyetmələr, gənclər və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin mas-reslinqin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.